"Sumqayıt" "Neftçi" üçün hazırlaşır

00:32 - 7 Sentyabr 2017

Yoxlama görüşündə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” 1 günlük istirahətin ardından “Neftçi” ilə oyuna hazırlığı bərpa edib. 

 

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 17:30-da “Kapital Bank Arena” məşqə çıxıb. 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olan Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə də artıq kollektivə qoşulub. Təxminən 1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və taktiki gedişlərə üstünlük verilib.

 

Qeyd edək ki, 4-cü turda baş tutacaq olan “Sumqayıt” – “Neftçi” qarşılaşması 10 sentyabr, saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər xətti