"Çelsi" Bakıya gələcək azarkeşlərinə güzəşt edəcək

10:53 - 7 Sentyabr 2017

"Çelsi" Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ"la Bakıda keçiriləcək səfər matçında komandanı dəstəkləyəcək azarkeşlərə güzəşt edəcək.

 

Sportal.az klubun rısmi saytına istinadən xəbər verir ki, London klubu uçuş, gəzinti və bir gecə 4 ulduzlu oteldə qalmağın daxil olduğu xidmət paketinin qiymətini aşağı salıb. Bu cür paketin qiyməti 359 funt (760 manat) təşkil edəcək.


Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı 2017-ci il noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti