Erməni baş məşqçi qovuldu

12:56 - 7 Sentyabr 2017

Özbəkistan Futbol Federasiyası millinin baş məşqçisi Samvel Babayanı qovub.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı federasiyanın saytı yayıb. Məlumatda erməni məşqçinin Özbəkistan millisini DÇ-2018-ə çıxarmaq vəzifəsinin öhdəsindən gəlmədiyinə görə köməkçiləri ilə birgə istefaya göndərildiyi qeyd edilib.

 

Xatırladaq ki, Özbəkistan millisi DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının A qrupunda mübarizə aparıb. Özbəklər İran, Cənubi Koreya, Suriya, Çin və Qətərin yer aldığı qrupu 4-cü pillədə başa vuraraq, DÇ-dən kənarda qalıb.

Xəbər xətti