Yeni Zelandiya pley-offda rəqibini gözləyir

13:17 - 7 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsinin Okeaniya zonasının qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, iki oyunun yekununda (6:1, 2:2) Solomon yığmasına qalib gələn Yeni Zelandiya qitələrarası pley-offa yüksəlib.

 

Ada təmsilçisi DÇ-nin final mərhələsinə vəsiqə uğrunda matçda Cənubi Amerika zonasının 5-ci komandası ilə görüşəcək. Bu oyunlar noyabrda baş tutacaq.

Xəbər xətti