Millimizin Almaniya ilə görüşünün vaxtı açıqlandı

15:20 - 7 Sentyabr 2017

21 yaşadək futbolçulardan ibarət milli komandamızın  AÇ-2019-un seçmə mərhələsindəki 3-cü oyununun vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Almaniya ilə oktyabrın 6-da keçiriləcək matç Baxtı ilə saat 21:00-da başlayacaq. Görüş Almaniyanın  Kotbus şəhərində oynanılacaq.

 

Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk iki oyununda İsrail və İrlandiyaya 1:3 hesabı ilə uduzub.

Xəbər xətti