UEFA “Qarabağ”ın iştirak ərizəsində düzəliş etdi

15:55 - 7 Sentyabr 2017

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində düzəliş edib.

 

Sportal.az xəbər verir ki, qrumun rəsmi saytı əvvəlcə  komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi. 

 

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

 

Qitənin ali futbol qrumu artıq səhvini aradan qaldırıb və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.

Xəbər xətti