Kasilyas “Real”a qayıdır?

Portuqaliya Super Liqasında mübarizə aparan “Portu”nun qapıçısı İker Kasilyas yenidən “Real”a (Madrid) qayıdıb-qayıtmayacağı ilə bağlı açıqlamalar verib.


Sportal.az xəbər verir ki, 16 mövsüm “kral klubu”nun şərəfini qorumuş təcrübəli qolkiper doğma klubunda yenidən oynamağa müsbət yanaşdığını, lakin hal-hazırda yalnızca “Portu”nu düşündüyünü deyib:
“Real”la aramda xüsusi bir münasibət var. Əlbəttə, yenidən “Real”da forma geyinmək çox yaxşı olar, lakin hal-hazırda yalnızca “Portu”nu düşünürəm. Gələcəkdə nələrin olacağını bilmirəm və bu məni narahat etmir”. 


İspaniya millisinə çağırılarsa, oynaya biləcəyini deyən Kasilyas bu fikirləri səsləndirib: “Hal-hazırda yığmada önəmli qapıçıların olduğunu düşünürəm.  Milli komanda ilə önəmli keçmişim var. Əgər baş məşqçi çağırsa, milli komandada oynamağa hazıram”.


Qeyd edək ki, “çərçivə qoruyucusu”nun “Portu” ilə müqaviləsi mövsümün sonunda bitir. Bu mövsüm 4 oyunda qapısında top görməyən 36 yaşlı qapıçı keçən mövsüm 43 oyunda iştirak edib, qapısından 23 top buraxıb.

 

Tarix: 7 Sentyabr [16:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio