“Beşiktaş”ın futbolçusuna Amerikadan təklif

17:34 - 7 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın futbolçusu Atiba Hatçinsona Amerikadan təklif gəlib.


Sportal.az xəbər verir ki, MLS-də mübarizə aparan Kanadanın “Toronto” klubu “qara qartallar”a yarımmüdafiəçi üçün 1.5 milyon avro ödəməyə hazır olduğunu bildirib.


İstanbul təmsilçisi isə gələn təklifi qəbul etməyib.


Qeyd edək ki, kanadalı oyunçu “Beşiktaş” forması ilə iştirak etdiyi 124 qarşılaşmada 8 qol vurub və 14 məhsuldar ötürmə edib. Atibanın son Türkiyə çempionu ilə müqaviləsi gələn ilin may ayında başa çatır.

Xəbər xətti