“Fənərbaxça”nın yeni transferi hədəfi

17:50 - 7 Sentyabr 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.


Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “İstanbul təmsilçisi Braziliyanın “Fluminense” klubunda oynayan Qustavo Skarpanı transfer etmək niyyətindədir.


“Sarı-lacivərdlilər”in 23 yaşlı yarımmüdafiəçinin meneceri ilə danışıqlar apardığı bildirilir.


Xatırladaq ki, braziliyalı futbolçu 2017-ci ildə “Fluminense” forması ilə iştirak etdiyi 31 qarşılaşmada 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xəbər xətti