"Qarabağ"ın prezidenti Abdolbari Gözəl komandayla görüşüb VİDEO

00:11 - 8 Sentyabr 2017

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda qarşılaşacağı "Çelsi"ylə matçın hazırlıqlarını davam etdirir. 


Sportal.az xəbər verir ki, bu gün axşam məşqindən öncə komandanın düşərgəsində sürpriz ziyarət baş tutub. 


Klubun prezidenti Abdolbari Gözəl komandanı ziyarət edib. Məşqdən öncə futbolçularla tək-tək görüşən prezident onlarla da yaxından maraqlanıb. Daha sonra Gözal Çempionlar Liqasında qazanılan uğurun mahiyyətindən danışıb və futbolçulara öz təşəkkürünü bildirib. Bu tarixi uğurun Azərbaycan xalqının, xüsusi ilə də məcburi köçkünlərimizin qəlbinə sevinc nəsib etdiyini vurğulayıb. Sonda isə gətirdiyi şirniyyat futbolçulara paylanılıb və görüş xoş ovqatla başa çatıb.


Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-də baş tutacaq.

 

Xəbər xətti