Millimizin üzvü "Kayserispor"la 3 illik müqavilə imzaladı

00:50 - 8 Sentyabr 2017

Türkiyə Super Liqasında çıxış edən "Kayserispor" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Ştutqart"ın əvəzedici heyətində çıxış edən Serkan Baloğlunu heyətinə qatıb. 19 yaşlı müdafəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Serkan U-21 millimizin üzvüdür. O, ötən mövsüm "Ştutqart"ın əvəzedici heyətində 4-cü liqada cəmi 12 oyun keçirib.

Xəbər xətti