"Qarabağ"da ciddi itki: "Çelsi"yə qarşı oynamayacaq

10:40 - 8 Sentyabr 2017

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasında “Çelsi”yə qarşı keçiriləcək oyunu buraxacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun Albaniya millisinin düşərgəsində olarkən zədə almasıdır. Bu barədə məlumatı komandanın baş məşqçisi Qurban Qurbanov verib.

 

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sentyabrın 12-si Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti