Millimizin oyunlarının vaxtı müəyyənləşdi

10:55 - 8 Sentyabr 2017

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, IV qrupda çıxış edəcək millimiz ilk matçını oktyabrın 25-i  Ukraynaya qarşı keçirəcək.  Komandamız oktyabrın 28-i İspaniya ilə qarşılaşacaq. Millimiz son görüşündə Albaniyanı sınağa çəkəcək. Bu qarşılaşma oktyabrın 31-i baş tutacaq.
 
Qeyd edək ki, IV qrupun matçları Albaniyada keçiriləcək.

Xəbər xətti