Elnur Orucov: "Hədəfim "Yeni Malatyaspor"un əsas komandasına yüksəlməkdi"

11:14 - 8 Sentyabr 2017

"Türkiyə Super Liqasında oynamaq təbii ki, çətindi. Burada Ertac Özbir kimi təcrübəli qapıçılar var. Onlardan çox şeylər öyrənirəm".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında Türkiyənin "Yeni Malatyaspor" klubunun futbolçusu Elnur Orucov deyib.

 

Gənc qapıçı hədəfinin Super Liqa təmsilçisinin əsas komandasına yüksəlmək olduğunu deyib: "Əvəzedici heyətdə 3 legioner oynaya bilər. Yoxlama oyunlarında oynamışam. Növbəti rəsmi oyunlarda baş məşqçimiz mənə də şans verəcək. Hədəfim özümü yaxşı göstərib "Yeni Malatyaspor"un əsas komandasına yüksəlməkdi".

 

U-19 millimizin sabiq kapitanı 21 yaşlılardan ibarət milli komandayə dəvət almamasından da danışıb. O, hər an millidə oynamağa hazır olduğun bildirib: "2 il U-19 millisinin kapitanı oldum. Hər baş məşqçinin öz fikri var. Onların fikrinə hörmətlə yanaşıram. Gözləyirəm. Nə vaxt dəvət gəlsə, millidə əlimdən gələnin ən yaxşısını etməyə hazıram. Millinin formasını geyən futbolçu məsuliyyətli olmalıdı. O formanı azərbaycanlı futbolçular geysə, daha məsuliyyətli olarlar".

Xəbər xətti