"Fənərbaxça" "Tottenhem"in hücumçusunu transfer etdi

İstanbulun "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Tottenhem"in hücumçusu Vinsent Yansseni heyətinə qatıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Hollandiya millisinin üzvü və onun klubu ilə prinsip anlaşması əldə edilib.

 

23 yaşlı forvard müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək. Gənc qolçu ilə 1 illik icarə müqaviləsi imzalanacaq.

 

Qeyd edək ki, Yanssen "Tottenhem"ə ötən mövsümün əvvəlində "AZ Alkmar"dan transfer olub. O, londonluların heyətində meydana çıxdığı 27 qarşılaşmada 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hollandiya millisinin heyətində 15 oyuna çıxan hücumçu 7 qol vurmağı bacarıb.

Tarix: 8 Sentyabr [11:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio