"Traktor Sazi" 1/8 finala yüksəldi

12:58 - 8 Sentyabr 2017

Futbol üzrə İran kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu səfərdə “Padide” komandası ilə qarşılaşıb. 

 

Cənubi Azərbaycan təmsilçisi bu oyunda çətin qələbəyə sevinib. 70-ci dəqiqədə hesabda geri düşən “traktorçular” 89 və 90+1-ci dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb. Bu qələbə təbrizliləri "Hazfi kuboku"nun 1/8 finalına çıxarıb.

 

Təbrizin digər təmsilçisi “Göstəriş” isə sentyabrın 9-da “Naft Masced Soleyman”la qarşılaşacaq.

Xəbər xətti