Rəhim Həsənov "Beşiktaş"ın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referiləri bir neçə oyuna təyinat alıblar. 

 

Sportal.az xəbər verir ki, Rəhim Həsənov sentyabrın 26-da, İstanbulda keçiriləcək UEFA Gənclər Liqasının "Beşiktaş" - "Leyptsiq" oyununu idarə edəcək. 

 

Əliyar Ağayev isə 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsində  12-ci qrupun oyunlarında idarəçilik edəcək.

 

UEFA Gənclər Liqası

26 sentyabr. “Beşiktaş” (Türkiyə) - “Leyptsiq” (Almaniya)
Hakimlər:
Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli

 

U-19 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov
Oyunlar 3 -11 oktyabr tarixlərində Albaniyada keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov
Oyunlar 16 oktyabr – 24 oktyabr tarixlərində Kiprdə keçiriləcək

 

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta
Hakimlər:
Ömər Paşayev, Namiq Hüseynov
Oyunlar 25 oktyabr – 2 noyabr tarixlərində Maltada keçiriləcək

 

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi

8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova
Hakimlər:
Yuliya Qurbanova, Gülyana Güvəndiyeva
Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək

Tarix: 8 Sentyabr [15:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio