UEFA "Qarabağ"ın stadionunun adında dəyişiklik etdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə görüşlərinin də vaxtı və yeri müəyyənləşib.

 

Rəşad Sadıqovun baş məşqçi olduğu təmsilçimiz ilk olaraq İngiltərədə "Çelsi" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

 

Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydanı “Qarabağ stadionu" kimi tanınacaq. Çünki UEFA öz yarışlarında sponsor adlarının işlənməsinə qadağa qoyub.

 

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

 

1-ci tur

16:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

 

27 sentyabr

 

2-ci tur

14:00. “Qarabağ” – “Roma” (İtaliya)

Bakı. “Qarabağ stadionu"

 

18 oktyabr

3-cü tur

 

14:00. “Qarabağ” – “Atletiko” (İspaniya)
Bakı. “Qarabağ stadionu"

Tarix: 8 Sentyabr [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio