"Zirə" yeni transferi ilə yolları rəsmən ayırdı

17:12 - 8 Sentyabr 2017

“Zirə” bu yay heyətinə qatdığı Kervan Belfor ilə yollarını ayırıb. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Hindistanın “Jamşedpur” klubu ilə maliyyə məsələsində razılaşma əldə edilib və futbolçunun Asiya təmsilçisinə keçidi müsbət yekunlaşıb.

 

Belfor artıq bu gün rəsmi müqaviləyə imza atıb və komanda ilə vidalaşıb.

 

"Zirə" haitili hücumçuya uğurlar arzulayıb.

Xəbər xətti