"Qarabağ"ın rəqibinin oyunu təxirə salındı

21:27 - 8 Sentyabr 2017

İtaliya A Serisının 3-cü turu çərçivəsində sabah keçirilməsi nəzərdə tutulan “Sampdoria” – “Roma” matçı təxirə salınıb.


Sportal.az xəbər verir, əlverişsiz hava şəraitinə görə, qarşılaşmanın başqa vaxtda keçirilməsi qərara alınıb.


Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti