Ernesto Valverde: “Barselona”nı tənqid edənləri başa düşmürəm”

23:52 - 8 Sentyabr 2017

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın baş məşqçisi Ernesto Valverde  “Espanyol”a qarşı keçiriləcək matçdan qabaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis yay boyunca “kataloniyalılar”ın tənqidlərə məruz qalmasını başa düşmədiyini deyib:
“İlk iki oyunumuzu qazandıq və 6 xalımız var. Məncə, hər şey olduqca yaxşı gedir. Bəzən həddən çox səs-küy yaranır, amma bura “Barselona”dı, böyük bir klubdu. İnsanlar bəzən her şeyi şişirdirlər”.


Xatırladaq ki, bu yay Neymarın 222 milyon avro qarşılığnda PSJ-yə keçməsi, əsas transfer hədəflərinin demək olar ki, heç birinin həyata keçməməsi və İspaniya Super Kuboku çərçivəsində “Real”a (Madrid) iki oyunun nəticəsinə əsasən, 5-1 hesabı ilə məğlub olmasından sonra “Barselona” tənqidlərə məruz qalmışdı. 


Qeyd edək ki, “Barselona” – “Espanyol” derbisi sentyabrın 9-da Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

 

Xəbər xətti