"Qarabağ" - "Roma": Nə qədər bilet satılıb?

"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, bu günə olan məlumata görə, 12500 bilet satılıb.

 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri:

 

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Tarix: 9 Sentyabr [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio