"İnter" "Kəpəz"i məğlub etdi, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşmədi YENİLƏNİB

22:25 - 9 Sentyabr 2017

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, turun ilk oyunu paytaxtda keçiriləcək. Burada "İnter" "Kəpəz"i qəbul edəcək. Günün digər matçı Qəbələdə oynanılacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək.

 

Sabah keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu ilə tura yekun vurulacaq.

 

Qeyd edək ki, 4-cü turda keçirilməli olan "Səbail" - "Qarabağ" oyunu Ağdam klubunun Çempionlar Liqasında "Çelsi" ilə matçının olması səbəbindən təxirə salınıb.

 

9 sentyabr

Azərbaycan Premyer Liqası, IV tur

 

17:00 “İnter” – “Kəpəz” 3:2 

Qollar: Fuad Bayramov 5; Adrian Skarlatake 21; Aqşin Quluzadə 32 // Şəhriyar Əliyev 36; Kərim Diniyev 37
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”

 

20:30 “Qəbələ” – “Zirə” 1:1 

QOL: Cavid Hüseynov, 90+2 - iktor İqbekoi, 73
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu, 20:30

Xəbər xətti