Eddi İsrafilovu sabiq komandası üzdü

11:26 - 9 Sentyabr 2017

İspaniya Sequndasında 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Ximnastik" səfərdə “Kadis”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Eddi də bu görüşün iştirakçısı olub. O, sabiq komandasına qarşı oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

"Ximnastik" 4 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti