Serxio Aquero tarixə keçdi

“Mançester Siti”nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının tarixinə keçib.


Sportal.az xəbər verir ki, argentinalı oyunçu “Liverpul”a qarşı oyunda Premyer Liqadakı 124-cü qolunu vurub və tarixin ən çox qol vuran qeyri-avropalı futbolçusu olub.


Bundan əvvəlki rekord isə 123 qolla Trinidad və Tobaqo Respublikasından olan “Mançester Yunayted”in hücumçusu Duayt Yorkeyə məxsus idi.


Qeyd edək ki, Premyer Liqanın 4-cü turu çərçivəsində hal-hazırda davam edən “Mançester Siti” – “Liverpul” (3-0) oyununda hesabı 24-cü dəqiqədə Serxio Aquero açıb.

 

Tarix: 9 Sentyabr [16:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio