Zinəddin Zidan: "Heç yaxşı oynamadıq"

19:55 - 9 Sentyabr 2017

İspaniya La Liqasının 3-cü turu çərçivəsində “Levante” ilə öz meydanında heç-heçə edən (1-1) “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının heç yaxşı oynamadığını deyib:
“Göstərdiyimiz oyuna görə, xoşbəxt ola bilmərik. La Liqa təzə başlayıb. İndidən liderlə aramızdakı fərq 4 xala bərabərdir və bu vəziyyət məni narahat edir. Təcili olaraq, çıxış yolu tapmalıyıq, çünki heç yaxşı oynamırıq. Oyuna yaxşı başlamaq həmişə vacibdi və biz bu gün yaxşı başlaya bilmədik. Bu gün qapalı oynayan komandaya qarşı matçda ilk topu qapımızdan keçirdilər. Bundan sonra oyunu istədiyimiz istiqamətə çevirə bilmədik. İlk qolu biz vurmalıydıq, lakin onlar vurdu. Buna baxmayaraq, əsəbiləşməyə ehtiyac yoxdu.  Qarşıdakı oyunlara köklənəcəyik.


Fiziki cəhətdən problemimiz yoxdu. Bunu ikinci hissədə göstərdik. İlk hissəyə nisbətən ikinci hissədə daha yaxşı idik. Hazırki problemimiz odur ki, meydançada qalib gəlmək üçün çıxış yolu tapa bilmirik. Kifayət qədər qol vura bilmirik. Bəzi epizodlar var ki, qol vurmaq şansı yaranır, lakin bunu reallaşdıra bilmirik. Komanda kimi oynaya bilmədik.  Hər şeyi bütünlüklə dəyişməyəcəm. Pis oyun göstərdiyimiz üçün çox da əsabiləşmiyəcəm. Hələ də bu komandaya inanıram və belə davam edəcəm”.

 

Xəbər xətti