"CBC Sport" müraciət yaydı

“CBC Sport” kanalı rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, müraciətdə telekanalın adından son vaxtlar sosial şəbəkələrdə açılan saxta profillərdə yazılanlara inanmamağa çağırıb:

 

“Hörmətli "CBC Sport" izləyiciləri, son günlər kanalımızın adına müxtəlif sosial şəbəkələrdə saxta hesablar açıb, kanalın mövqeyini əks etdirməyən məlumatlar paylaşılır. Sizdən xahiş edirik ki, sosial şəbəkələrdə ancaq kanalın rəsmi hesablarını izləyəsiniz.  

 

"CBC Sport" kanalı Türkiyə Super Liqasının oyunlarının yayım hüququna yiyələnib. Texniki infrastruktur hazır olandan sonra matçların yayımına başlayacağıq”.

Tarix: 10 Sentyabr [00:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio