Nazarovun 90 dəqiqə oynadığı matçda komandası qalib gəldi

01:11 - 10 Sentyabr 2017

Almaniya ikinci Bundesliqasında beşinci turun oyunları keçirilir. 

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “İnqolştad”ın qonağı olub. Nazarovun 90 dəqiqə meydanda olduğu görüş komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Ardıcıl ikinci qələbəsini qazanmaqla xallarının sayını 7-ə çatdıran “Aue” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

Xəbər xətti