"Barselona" zirvəyə darmadağınla yüksəldi VİDEO

00:56 - 10 Sentyabr 2017

İspaniya La Liqasında 3-cü turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, "Barselona" doğma meydanda "Espanyol"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu qələbə sayəsində xallarını 9-a çatdıran "Barselona" turnir cədvəlinin vahid lideri olub.

 

"Barselona" - "Espanyol" 5:0

QOLLAR: Lionel Messi, 26, 35, 67, Xerar Pike, 87, Luis Suares, 90

Xəbər xətti