"Qəbələ" ali məktəblərə qəbul olunan abituriyentləri mükafatlandırdı

11:33 - 10 Sentyabr 2017

"Qəbələ"nin futbolçuları ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında Qəbələ rayonundan yüksək nəticə göstərmiş bəzi abituriyentləri mükafatlandırıblar.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" - "Zirə" (1:1) matçının fasiləsində "Ekspress" təhsil mərkəzinin "İsra" kurslarının qəbul imtahanlarında 650-dən çox bal toplayan 5 məzununa hədiyyələr təqdim olunub. Həmin gəncləri siz də tanıyın:

 

Nəcabət Yaralıyeva - 653 
Nilufər Cəbrayılbəyli - 654 bal 
Elmar Kərimov - 663 bal 
Ayşən Ağamoğlanova - 670 bal 
İmran Nəzirli - 695 bal

 

"Qəbələ" İK ali məktəblərə qəbul olunan bütün abituriyentləri təbrik edir, onlara təhsil və şəxsi həyatlarında uğurlar arzulayır.

Xəbər xətti