Qari Keyhil: "Qarabağ"la oyuna ciddi hazırlaşırıq"

12:27 - 10 Sentyabr 2017

"Qarabağ" belə bir yarışın qrup mərhələsində oynamaq hüququ əldə edib. Ona görə də rəqibimizlə oyuna ciddi hazırlaşırıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri İngiltərənin "Çelsi klubunun futbolçusu Qari Keyhil deyib. 

 

İngiltərə Premyer Liqanın son turlarının oyunlarını cəza səbəbindən buraxan müdafiəçi “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında meydana çıxa bilər.

 

31 yaşlı futbolçu yerli mətbuata müsahibəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda danışıb. İngiltərə millisinin üzvü Çempionlar Liqasında kifayət qədər uğur qazanmaq istədiklərini bildirib: "Çelsi" Çempionlar Liqasında oynamağa layiqdir. Yenidən qitənin ən nüfuzlu turnirində mübarizə aparacağımız üçün çox sevinliyik. Əlimizdən gələni edəcəyik ki, bizim üçün mümkün olan ən yüksək uğura nail olaq. Səbirsizliklə meydana çıxacağım günü gözləyir və səylə məşq edirəm”.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtiilə saat 22:45-də keçiriləcək.

Xəbər xətti