"Səbail" "Qarabağ"ı məğlub etdi

13:13 - 10 Sentyabr 2017

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində də 4-cü tura start verilib.
 
Sportal.az xəbər verir ki, turun açılış matçında “Səbail” “Qarabağ”ı qəbul edib. Binə qəsəbə stadionunda keçirilən oyunda səbaillilər 2 cavabsız qolla qalib gəliblər. Hər iki qolu penaltini dəqiq yerinə yetirən Aslan Hüseynov vurub.
 
Əvəzedicilərin çempionatı, 4-cü tur
9 sentyabr

 

Səbail - Qarabağ 2:0
Qollar:
Aslan Hüseynov, 32-pen.; 71-pen.

Xəbər xətti