"Qarabağ" Londona yollandı

18:23 - 10 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Çelsi”nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün Bakı-London reysiylə İngiltərəyə yollanıb.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sentyabrın 12-si, saat 22:45-də start götürəcək.

 

UEFA Gənclər Liqasında mübarizə aparacaq U-19 komandası da da əsas komandayla birgə səfərə yollanıb. Bu yarışda ağdamlıların “Çelsi”ylə oyunu sentyabrın 12-si, Bakı vaxtıyla saat 16:05-də start götürəcək.

Xəbər xətti