Massimilianodan Dibala açıqlaması

18:46 - 10 Sentyabr 2017

İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın aparıcı futbolçularından biri olan Paulo Dibala haqqında danışıb.


Sportal.az xəbər verir ki, italiya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis ulduz hücumçunun Messi və Ronaldo qədər yaxşı ola biləcəyini deyib:
“Dibala hər gün inkişaf etməkdə davam edir. Neymar, Kriştiano Ronaldo, Messi ilə birlikdə dünyanın ən yaxşı oyunçularından biri olmaq üçün Dibalada lazım olan hər şey var”.


A Serianın ilk 3 turunda keçirilən bütün matçlarda “Yuventus” forması ilə iştirak edən Dibala 5 dəfə fərqlənib. Argentnalı oyunçu hal-hazırda komandasının ən çox qol vuran futbolçusudur.


Qeyd edək ki, Turin təmsilçisi 3 turdan sonra turnir cədvəlində 9 xalla liderdir.

 

Xəbər xətti