Qomes uzun müddət yaşıl meydanlardan kənarda qala bilər

Almaniya Bundesliqasının 3-cü turunda keçirilən “Volfsburq” – “Hannover” matçında zədələnərək əvəzlənən Mario Qomes bu haqda danışıb.


Sportal.az xəbər verir ki, 32 yaşlı oyunçu zədəsinin onu narahat etdiyini vurğulayıb:
“Bu zədə məni çox narahat edir. Lakin tez bir zamanda meydanlara qayıtmaq istəyirəm. Bu cür zədələrin istirahət edərək və zaman keçdikcə sağaldığını da bilirəm”. 


Müalicəsinə dərhal başlanılan Mario haqqında danışan “Volfsburq”un idman direktoru Olaf Rebbe zədənin ciddi ola biləcəyini deyib: “Zədə ciddiyə oxşayır, lakin komanda güclü olmağa çalışacaq. Hal-hazırda Qomesin yaşıl meydanlara qayıdacağı tarix bəlli deyil. Əminəm ki, tez bir zamanda yaşıl meydanlara qayıtmaq üçün əlindən gələni edəcək”.


Xatırladaq ki, 1:1 hesabı ilə nəticələnən oyunun 40-cı dəqiqəsində ayaq biləyindən zədələnən alman hücumçu ağrılar içində meydanı tərk edib.

Tarix: 10 Sentyabr [20:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio