Elşad Əhmədov: "Neftçi"ni düzəltmək üçün çox vaxt lazımdı" MÜSAHİBƏ

 “İlk hissədə zəif çıxış etdik. Futbolçulardan belə oyun gözləmirdim”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin məşqçisi Elşad Əhmədov deyib.

“Ağ-qaralar” Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Sumqayıt”a məğlub olub – 1:0.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik”.

 

- Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

 

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətirilib. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Vallah, mən öz işimin öhdəsindən gəlməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

 

- Yeni gələn baş məşqçiyə “Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır. (Futbol11.az)

Tarix: 10 Sentyabr [21:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio