Araz Abdullayev oynadı, komandası liderliyə yüksəldi

00:01 - 11 Sentyabr 2017

Kipr çempionatında 3-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anartosis” doğma meydanda “Aris Limassol”u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bu qələbə sayəsində komanda 7 xalla liderliyə yüksəlib.

 

Araz Abdullayev ehtiyat oyunçular skamyasında yer alsa da, 46-cı dəqiqədə Migel Palankanı əvəzləyib və sonadək meydanda olub.

Xəbər xətti