Kamran Ağayev ehtiyatda qaldı

23:23 - 10 Sentyabr 2017

Futbol üzrə Çexiya çempionatında 6-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” doğma meydanda “Zbroyovka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3:0 hesablı qələbə ayrılıb.

 

Kamran bu görüşün iştirakçısı olmayıb. Ötən tur Çexiya klubunda debüt edən və biabırçı səhvlərlə komandasının böyük hesabla uduzmasında əsas günahkarlardan olan millimizin üzvü bu dəfə gözlənildiyi kimi ehtiyatda qalıb.

 

Geridə qalan turlarda 4 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti