Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı

00:30 - 11 Sentyabr 2017

Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

 

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti