Konte: "Azarın “Qarabağ"a qarşı oynayacağı dəqiq deyil"

Çempionlar Liqasının qrupunda sabah təmsilçimiz “Qarabağ”ı qəbul edəcək “Çelsi”nin baş məşqçisi Antonio Konte açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis “zadəganlar”ın əsas oyunçularından sayılan Eden Azarın sabahkı vəziyyəti ilə bağlı danışıb. İngiltərə Premyer Liqasının 5-ci turunda “Lester”lə matçda forma geyinən belçikalı oyunçu 78 dəqiqə meydanda olub. Konte onun vəziyyəti ilə bağlı bunu bildirib:

 

“Azarın “Qarabağ”a qarşı oynayacağı dəqiq deyil. Biz onun vəziyyətinin yaxşılaşması üçün gözləməliyik. Çünki ağır zədədən sonra meydana qayıdıb. Hamımız onun “Çelsi” üçün nə qədər vacib futbolçu olduğunu bilirik. İndi səbr etməli, Edenin formasını bərpa etməsi üçün ona vaxt verməliyik. Amma mən ondan razıyam. Ağır zədədən sonra onu yenidən meydanda görmək xoş idi”.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də start görürəcək.

Tarix: 11 Sentyabr [10:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2017
19  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio