Qurban Qurbanov: "Döyüşə başlamamış təslim olmayacağıq"

11:11 - 11 Sentyabr 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə Frans-Press Agentliyinə danışıb.

 

Sportal.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində düşdükləri qrup haqqında fikirlərini bildirib:

 

"Uzun müddətir ki, ÇL-də oynamaq istəyirdik. Bu komandamızın arzusu idi. İngiltərə, İspaniya və İtaliya klubları ilə düşdükdən sonra qitənin ən nüfuzlu turnirində çıxış etdiyini hiss edirsən. Bu bizim üçün böyük sevincdir. Qrupumuzdakı rəqiblər çox güclü və təcrübəli komandalardır. Lakin döyüşə başlamamış təslim olmayacağıq. Hər qrup matçında dişimizlə, dırnağımızla mübarizə aparacağıq. ÇL-də Londondan başlayırıq. "Stemford Bridc"də oyun çox sərt və  vacib matçdır. Orada şərəflə çıxış etməyə çalışacağıq".

Xəbər xətti