"Bavariya" prezidentindən Levandovskiyə sərt sözlər

11:35 - 11 Sentyabr 2017

Mətbuata verdiyi açıqlamalarda "Bavariya" rəhbərliyini tənqid edən Robert Levandovski peşanlıq duya bilər.

 

Sportal.az xəbər verir ki, polşalı hücumçunun sözləri Münhen təmsilçisinin prezidenti Karl-Haynz Rummeniggenin xoşuna gəlməyib. O, Levandovskinin fikirlərinə cavab verib.

 

Bundesliqanın 3-cü turunda "Hoffenhaym"a 0:2 hesablı məğlubiyyətdən sonra "Bild" nəşrinə açıqlama verən Rummenigge "Levandovskinin belə düşünməsinə təəssüf edirəm. Sədaqət "Bavariya"nın fəlsəfəsinin bir hissəsidi. Uzun müddətdi bizi uğurlara aparan bir fəlsəfəmiz var" bildirib.

 

O daha sonra fikirlərinə belə davan edib:"Görünən odur ki, Robert PSJ-nin transferlərindən narahat olub. O, bizim iş verdiyimiz bir futbolçudu və çox pul qazanır. Dediyi sözlərdən məmnun deyiləm. Klubu və komanda yoldaşlarını cəmiyyətin qarşısında tənqid edən hər kəs qarşısında məni görəcək".

 

Qeyd edək ki, Levandovski bir neçə gün öncə verdiyi açıqlamada "Bavariya"nın transfer siyasətini sərt tənqid etmişdi.

Xəbər xətti