Budaq Nəsirova şans verilmədi

12:54 - 11 Sentyabr 2017

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 6-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Jil Visente" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

 

"Sportinq" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti