Frank de Bur tarixə keçdi

17:45 - 11 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Palas”ın baş məşqçisi Frank de Bur komandadan göndərilib.


Sportal.az klubun rəsmi saytından istinadən xəbər verir ki, komandanın Premyer Liqada ilk 4 turdan sonra xal qazana bilməməsi və qol belə vurmamasına görə, rəhbərlik bu qərara gəlib.


Qeyd edək ki, Kristal Palas Frank de Burun rəhbərliyi altında 1924-1925 mövsümündən bəri çempionatda ilk 4 oyundan  sonra qol vurmadan qalib gələ bilməyən ilk klubdu. Bundan əvvəl isə bu uğursuzluğa imza atan komanda 103 il öncə “Presoton” klubu olub. Həmçinin, 47 yaşlı çalışdırıcı İngiltərədə ən tez (4 matçdan sonra) komandadan qovulan baş məşqçi olub.

 

Xəbər xətti