Ruslan Qurbanov "Neftçi" üçün darıxır? FOTO

19:36 - 11 Sentyabr 2017

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanovun "facebook" səhifəsində paylaşdığı şəkillər maraqla qarşılanıb.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü bir vaxtlar çıxış etdiyi "Neftçi"də qol sevincini yaşadığı şəkilləri paylaşıb.

 

Son vaxtlar "Qəbələ"də əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunun bu paylaşımı onun sabiq klubuna qayıtmaq istəməyi kimi anlaşıla bilər.

 

"Neftçi"də baş məqşçi postunda dəyişiklik edildikdən sonra Qurbanov da yəqin ki, "flaqman"a qayıtmaq eşqinə düşüb.

 

Qeyd edək ki, Ruslan Qurbanov "Qəbələ"yə ötən mövsümün əvvəlində "Neftçi"dən transfer olmuşdu.

Xəbər xətti