Didye Droqba: “Morata möhtəşəm oynayır”

19:57 - 11 Sentyabr 2017

Didye Droqba İngiltərə Premyer Liqasında mübarizə aparan sabiq klubu “Çelsi”nin futbolçusu Alvaro Morata haqqında danışıb.


Sportal.az xəbər verir ki, “Çelsi”dəki karyerası ərzində 164 qol vurun Droqba ispan hücumçunun göstərdiyi möhtəşəm oyuna görə, xoşbəxt olduğunu bildirib:
“Morata qol vurur və komandaya qalibiyyət gətirir. Göstərdiyi möhtəşəm oyuna görə, xoşbəxtəm. Onun ilk oyunlarda qol vurması çox önəmli idi. Bir hücumçu kimi yeni komandanızdakı ilk oyunlarda qol vurmağınız özünəinam cəhətdən və azarkeşlərin gözləntiləri səbəbilə çox vacibdi”.


Bəzən azarkeşlərin yüksək gözləntilərinin futbolçular üzərində böyük təzyiq yaratdığını vuğulayan Droqba bu sözləri deyib: “Qollar vuran oyunçu ümidləri doğruldur və xoşbəxt olur. Daha sonra qol vurmağa davam edir. Ümid edirəm ki, Morata çox yaxşı mövsüm keçirdər, çünki bizim buna ehtiyacımız var”.


Xatırladaq ki, 24 yaşlı Morata bu mövsüm Premyer Liqada iştirak etdiyi 4 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

Xəbər xətti