“Qırmızı şeytanlar” Qrizmanı transfer edir

20:19 - 11 Sentyabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Atletiko”nun (Madrid) şərəfini qoruyan Antuan Qrizmanın transfer məsələsində sona yaxınlaşmaq üzrədi.


Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı hücumçunun 100 milyon avroluq sərbəst qalma məbləğini ödəyərək keçidi reallaşdıracaq.


Bildirilir ki, gələn mövsümün transfer çalışmlarını indidən başlayan “Mançester Yunayted” Qrizmanla şəxsi razılığa gəlib və fransız futbolçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, Antuan “Atletiko”nun tarnsfer qadağası olduğuna görə, bu yay komandasından ayrılmaq istəməmişdi.

 

Xəbər xətti