Yakub Jezniçak: "Onları dayandırmağa çalışacam"

22:59 - 11 Sentyabr 2017

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik".

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

 

"Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam” - deyə o bildirib.

Xəbər xətti