"Qarabağ" "Çelsi"yə 6 qolla uduzdu YENİLƏNİB

00:35 - 13 Sentyabr 2017

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

 

Sportal.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn "Qarabağ" da debüt oyununa çıxacaq. Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan "Qarabağ" I turda "Çelsi" ilə üz-üzə gələcək.

 

Görüş Londonun "Stemford Bric" stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar “Tottenhem”lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. “Qarabağ” Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

 

C qrupu

12 sentyabr

22:45. “Çelsi” – “Qarabağ” 6 - 0

Qollar: Pedro Rodriqes, 5, Davide Zappakosta, 30, Sezar Aspilikueta, 55, Timue Bakayako, 71, Mişi Batşuayi, 76, Maksim Medvedev, 82 (avtoqol)

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Paulius Malzinskas (Litva)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. “Stemford Bric” stadionu

 

"Çelsi": 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 21. Davide Zappakosta, 22. Vilyan, 23. Mişi Batşuayi, 24. Qari Keyhill (k), 27. Andreas Kristensen, 28. Sezar Aspilikueta

 

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

 

Baş məşqçi: Antonio Konte

 

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev

 

Baş məşqçi: Qurban Qurbanov

Xəbər xətti