PSJ-nin prezidenti: “Mbappe pul üçün gəlmədi”

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ-nin prezidenti Nasser Əl-Xələfi Neymar və Mbappe transferləri haqqında danışıb.


Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlamalar verən prezident maliyyə “feyr-pley”i ilə bağlı bir problemin olmadığını da vurğulayıb:
“Son 6 ayda klubun gəlirlərini artırmaq üçün çox çalışdıq. Biletlərdən, sponsorlardan, yayım hüququndan əldə etdiyimiz gəlir 90 milyon avrodan 500 milyon avroya yüksəlib. Son iki ildə qazanc əldə edirik.


Maliyyə “feyr-pley”i kriteriyalarını qarşılamaq üçün 1 il vaxtımız var. 2018-ci ilin iyun ayının 30-na qədər bizə vaxt verilib. Bir çox klublar təzyiq göstərir, lakin UEFA-nın təsir altında qalmayacağını düşünürəm. Bütün klublara hörmət edirik və eyni şeyi onlardan gözləyirik. Özümüzdən çox əminik.


Neymarın imza mərasimini 85 milyon insan izlədi. İlk oynadığı matçdan danışmıram, sadəcə imza mərasimini bu qədər insan izlədi. Neymar beynəlxalq bir markadı. Möhtəşəm bir oyunçudu.


Mbappenin transferində böyük rəqabət var idi. Bəzi klublar daha yüksək məbləğdə pul təklif etdilər. Hər böyük klub onu istədi.  Ona layihəmiz və klubun hirsi haqqında danışdıq. Mbappe pula görə bura gəlmədi”.


Klubun forma satışı barəsində də danışan Əl-Xələfi bu sözləri deyib: “Bu mövsüm formaları çatdıra bilmirik. Satış çox oldu. Tezliklə bu problemi də həll edəcəyik”.

 

Tarix: 12 Sentyabr [14:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2017
20  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio